Meksikada yaşayan nadir axolotllar, son illərdə populyar mədəniyyətin simvoluna çevrilib. Onlar TikTok videolarında, video oyunlarda və laboratoriya təcrübələrində geniş istifadə olunur.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Ekspertlər bildirir ki, axolotlların təbii yaşayış yerləri çirklənmə, su yollarının dəyişdirilməsi və yad növlərin təsiri səbəbindən sürətlə azalmaqdadır. Vəhşi təbiətdə onların sayı kritik səviyyəyə çatıb.
Meksikada həyata keçirilən bioloji qoruma layihələri isə bu nadir növün xilas edilməsi və gələcək nəsillərə çatdırılması üçün mühüm rol oynayır. Tədqiqatçılar həm də ictimaiyyətin məlumatlandırılmasının, axolotlların həm təbii, həm də laboratoriya mühitində qorunması üçün vacib olduğunu qeyd edirlər.