Son illərdə təhsil mütəxəssisləri məktəblərdə şagirdlərin yalnız nəzəri biliklərlə kifayətlənməməsi, həm də yaradıcı düşüncə bacarıqlarını inkişaf etdirməsi üçün yeni fənlərin tətbiqini müzakirə edirlər. Dünyada bir çox ölkələrdə artıq yaradıcı düşüncə dərsləri tədris proqramlarına daxil edilib və bu dərslərin şagirdlərin problem həll etmə, tənqidi düşünmə və fərqli yanaşma bacarıqlarını gücləndirdiyi müşahidə olunub.
"Tehsil365" xəbər verir ki, mütəxəssislər Azərbaycanda da belə dərslərin tətbiqinin faydalı ola biləcəyini qeyd edirlər. Onların fikrincə, yaradıcı düşüncə dərsləri şagirdlərə standart bilikləri əzbərləməkdən daha çox, mövzulara fərqli aspektlərdən yanaşma vərdişi qazandırır. Bu isə gələcəkdə həm ali təhsil müəssisələrində, həm də əmək bazarında daha uğurlu nəticələr əldə etməyə imkan yarada bilər.
Ekspertlərin rəyinə görə, yaradıcı düşüncə dərslərinin tətbiqi məktəblərdə innovativ yanaşmanı gücləndirəcək və şagirdlərə öz bacarıqlarını sərbəst şəkildə ifadə etmək imkanı yaradacaq. Onların fikrincə, belə addımlar gələcəkdə təhsil sisteminin keyfiyyətinin yüksəlməsinə mühüm töhfə verə bilər.