ABŞ-ın müxtəlif məktəblərində riyaziyyat fənninin tədrisində virtual reallıq (VR) və metaverse texnologiyalarının istifadəsi genişlənir.
“Tehsil365” xəbər verir ki, yeni yanaşma çətin anlayışların şagirdlər tərəfindən daha asan mənimsənilməsinə, mövzuların interaktiv və vizual şəkildə öyrənilməsinə imkan yaradır. Müəllimlərin sözlərinə görə, metaverse mühitində keçirilən dərslər şagirdlərin marağını artırır və fənnin öyrənilməsini əyləncəli edir.
Ekspertlər hesab edirlər ki, bu metodika gələcəkdə digər fənlərin tədrisində də tətbiq oluna bilər.