ABŞ-da səhiyyə qurumları COVID-19 peyvəndləri ilə bağlı yeni təhlükəsizlik müzakirəsi aparır.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Rəsmi məlumata görə, Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) müşavirə komitəsində 25 uşağın ölümü ilə peyvəndlər arasında mümkün əlaqə məsələsi gündəmə gətiriləcək.
Məlumatlar VAERS (Peyvəndlərin Mənfi Təsirləri üzrə Hesabat Sistemi) vasitəsilə toplanıb. Lakin mütəxəssislər bildirirlər ki, VAERS məlumatları ilkin xarakter daşıyır və peyvəndin birbaşa səbəb olduğunu təsdiqləmir. Hazırda araşdırmalar – o cümlədən tibbi sənədlərin və autopsiyaların yoxlanılması – davam edir.
Mütəxəssislər erkən nəticələrə gəlməməyə çağırır və qeyd edirlər ki, ABŞ-da artıq sağlam uşaqlar və hamilələr üçün peyvənd tövsiyələri daraldılıb.