ABŞ Prezidenti Donald Tramp ölkəsində dərman qiymətlərinin aşağı salınmasını istəyir.
“Tehsil365” CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Lutnik danışıb.
O qeyd edib ki, prezidentin bu istəyi hökuməti digər ölkələrdə qiymətləri artırmağa məcbur edəcək.
Nazirin sözlərinə görə, Trampın sözügedən addımı ABŞ-ni dərman istehsalçıları üçün “Ən əlverişli qiymət ölkəsi” kimi inandırmağa yönəlib.