2025-ci ilin avqust ayında Türkiyə üzrə 91.820 qida müəssisəsi yoxlanılıb və bu yoxlamalar nəticəsində 176 milyon 723 min 671 TL məbləğində inzibati cərimələr tətbiq edilib. Eyni zamanda, 2.243 inzibati tədbir görülüb və 21 qida müəssisəsi haqqında prokurorluğa cinayət işi açılıb.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Qida və Kənd Təsərrüfatı naziri İbrahim Yumaklı bildirib ki, bu yoxlamalar və tədbirlər vətəndaşların sağlam qidaya çıxışını təmin etmək və qida təhlükəsizliyini qorumaq məqsədilə davam etdiriləcək. Həmçinin, 28 iyul tarixindən etibarən bütün qida müəssisələrində tətbiq olunan “Qida müəssisələrində QR-kod” sistemi istehlakçıların etibarlı qidaya çatmasını asanlaşdıracaq.