Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin Ümumi fizika kafedrasının professoru, Əməkdar müəllim Həmzə Səməd oğlu Seyidli vəfat edib.
“Tehsil365” xəbər verir ki, o, uzun illər elmi-tədqiqat və ali təhsil idarəetməsi sahəsində müxtəlif vəzifələrdə çalışıb.
Universitetin rəhbərliyi və professor-müəllim heyəti mərhum alimin yaxınlarına dərin hüznlə başsağlığı verib.
Allah rəhmət eləsin!