Yeni tədris ilindən etibarən SABAH qruplarına qəbul 1-ci kursdan başlayacaq.
“Tehsil365” xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı keçirilən brifinqdə məlumat verib.
Nazir bildirib ki, ilk dəfə olaraq ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Azərbaycan İctimaiyyət Akademiyası, Aqrar və Xəzər universitetlərində SABAH qruplarının yaradılması nəzərdə tutulur.