Bakı Dövlət Universitetinin nümayəndəsi Türkiyənin Ege Universitetində görüşlər keçirib
“Tehsil365”xəbər verir ki,Bakı Dövlət Universitetinin (BDU) rektorunun katibliyinin rəhbəri Mahir Pirquliyev Türkiyənin aparıcı ali təhsil ocaqlarından biri olan Ege Universitetində ezamiyyətdə olub. Səfər çərçivəsində BDU nümayəndəsi Ege Universitetinin rəhbər heyəti ilə bir sıra görüşlər keçirib, qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparıb.
Ege Universitetinin prorektoru Mehmet Ersan, Tebiet elmləri fakültəsinin dekanı Dinçer Ayaz, həmçinin digər fakültə və idarə rəhbərləri ilə baș tutan görüşlərdə iki universitet arasında mövcud əlaqələrin gücləndirilməsi və yeni əməkdaşlıq istiqamətləri nəzərdən keçirilib,
Tərəflər ikili diplom proqramlarının yaradılması, birgə elmi layihələrin həyata keçirilməsi, tələbə və müəlim mübadiləsinin təşkili, həmçinin beynəlxalq konfrans və simpoziumların birgə keçirilməsi imkanlarını müzakirə ediblər. Eyni zamanda, müasir elm və texnologiyaların inkişafı fonunda ortaq layihələrin həyata keçirilməsi, xüsusilə təbiət elmləri və mühəndislik sahələrində birgə təşəbbüslərin reallaşdırılması məsələləri diqqət mərkəzində olub.
Görüşlər zamanı həmçinin Ege Universiteti ilə Bakı Dövlət Universiteti arasında uzunmüddətli strateji tərəfdaşlığın vacibliyi vurğulanıb və qarşılıq|ı əməkdaşlığın daha da genişləndirilməsi barədə razılıq əldə edilib.
Seferin sonunda Mahir Pirquliyev Ege Universitetinin rəhbərliyinə səmimi qəbula görə təșəkkürünü bildirib, gələcəkdə iki universitet arasında əlaqələrin daha sıx şəkildə davam edəcəyinə inamını ifadə edib.
Qeyd edək ki, bu il 70 illik yubileyini qeyd edən Ege Universiteti Türkiyənin İzmir şəhərində yerləșən, ölkənin ən böyük və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin Təbiət elmləri fakültəsi isə regionda elmi araşdırmaların mərkəzi olmaqla yanaşı, beynəlxalq elmi əməkdaşlıqlara da xüsusi önəm verir.