BDU-da akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Kimya üzrə elm müsabiqəsi" keçiriləcək
“Tehsil365”xəbər verir ki, Bakı Dövlət Universitetində (BDU) Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşları arasında akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunmuş "Kimya üzrə elm müsabiqəsi" keçiriləcək.
Bu baredə BDU Elmi Şurasınin 2025/2026-ci tədris ilində ilk iclasında qərar qəbul olunub. ◦ Müsabiqənin məqsədi 2025-ci ildə yüksək elmi nəticələrə nail olmuș, təsir (impakt) faktorlu, beynəlxalq bazalarda indekslənən nüfuzlu nəșrlərdə elmi əsərləri dərc edilmiş, elmi işlərinə istinad olunmuş, həmçinin yüksək elmi-təşkilati fəaliyyəti ilə fərqlənmiş BDU-nun Kimya fakültəsinin magistrant, doktorant və əməkdaşlarının mükafatlandırılmasıdır.