ATU-da yeni Tədrisin Elektron idarəetmə Sistemi istifadəyə verildi
“Tehsil365”xəbər verir ki, Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsal transformasiya strategiyası çərçivəsində tədrisin keyfiyyətini artırmaq və idarəetmənin daha çevik həyata keçirilməsi məqsədilə yeni nəsil Tədrisin Elektron idarəetmə Sistemi istifadəyə verilib. Sistem "SEKOP" MMC tərəfindən hazırlanıb ve universitetdə tədris prosesinin tam elektronlaşdırılmasını təmin edəcək.
Yeni platforma Kodera brendi altinda fəaliyyət göstərəcək və müasir təhsil müəssisələrinin tələblərinə uyğun çoxşaxəli funksionalliğa malikdir. Sistem vasitəsilə tədris materiallarının vahid mərkəzdə toplanması, imtahanların șəffaf və sürətli keçirilməsi, tələbə davamiyyətinin avtomatik izlənməsi və müəllim-tələbə əlaqəsinin gücləndirilməsi mümkün olacaq:
Kodera platformasının əsas modulları arasında müəllim və tələbə kabinetləri, elektron jurnal, təqvim sistemi, imtahan və test modulu, elektron kitabxana, daxili yazışma və qrup sistemi, elektron sənəd dövriyəsi, ofis inteqrasiyası, bildirişlər sistemi və dəstək mərkəzi yer alır.
Kodera platformasınin tətbiqi universitetdə həm tədris, həm də idarəetmə proseslərində rəqəmsallaşmanı gücləndirərək, tələbələr üçün daha əlçatan və müasir təhsil imkanları açacaq.
ATU-da Tədrisin Elektron İdarəetmə Sisteminin yenilənməsi tədrisin șəffaf və çevik idarə olunmasına, tələbələrin akademik göstəricilərinin obyektiv aivmatlandirilmasina miiallim va talaha arasında qiymətləndirilməsinə, müəllim və tələbə arasında interaktiv ünsiyyətin inkişafina, beynəlxalq standartlara uyğun rəqəmsal təhsil mühitinin formalaşmasına șərait yaradacaq.