Yeni tədris ilinin başlanması ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli təbrik müraciəti ünvanlayıb.
O müraciətində bildirib:
"Əziz müəllimlər, şagirdlər, tələbələr, valideynlər və bütün təhsil ictimaiyyəti!
Yeni tədris ilinin başlanması münasibətilə hər birinizi Təhsil İşçilərinin Həmrəyliyi Alyansı adından səmimi qəlbdən təbrik edirəm. 15 sentyabr – Bilik Günü yalnız dərs ilinin başlanğıcı deyil, maarifçiliyimizin, milli tərəqqimizin və gələcəyimizin rəmzidir.
Əziz müəllimlər! Sizin fədakarlığınız və zəhmətiniz minlərlə övladımıza elm və bacarıq qazandırır. Əziz şagirdlər və tələbələr! Siz bizim sabahımızsınız, hər bir uğurunuz Azərbaycanın gələcəyidir.
Təhsil İşçilərinin Həmrəyliyi Alyansı olaraq təhsilin inkişafı, müəllim və şagirdlərin daha yaxşı imkanlara sahib olması üçün çalışacağıq. Əminəm ki, 2025/2026-cı tədris ili yeni uğurlar və nailiyyətlərlə yadda qalacaq.
Yeni dərs ili hər birinizə uğurlar və bol nailiyyətlər gətirsin!"