Sentyabrın 15-də ölkədə 2025/2026-cı tədris ili rəsmi olaraq start götürür. Bu il təhsil sisteminə təxminən 2,2 milyon şagird qoşulacaq, onların təhsil prosesində 300 mindən çox işçi heyət iştirak edəcək.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, yeni tədris ili ilə əlaqədar olaraq, 130 mindən artıq uşaq məktəb həyatına ilk addımını atacaq. Bu, onların təhsil yolunda ilk mərhələni keçməsi və gələcəkdə uğurlu təhsil və karyera həyatına hazırlıq deməkdir.