Azərbaycan Texnologiya Universitetində (ATU) rəqəmsal transformasiya strategiyası çərçivəsində yeni nəsil Tədrisin Elektron İdarəetmə Sistemi istifadəyə verilib.
“Tehsil365” xəbər verir ki, sistemin tətbiqi tədrisin keyfiyyətini artırmaq, idarəetməni daha çevik həyata keçirmək, həmçinin tələbə–müəllim əlaqələrini effektiv qurmaq və idarəetmədə şəffaflığı təmin etmək məqsədini daşıyır.
Yeni sistem tədris prosesinin səmərəli təşkili və universitetdə idarəetmənin müasir standartlara uyğun həyata keçirilməsi üçün geniş imkanlar yaradacaq.