Bu gün Azərbaycanın ilk qadın kino aktrisası İzzət Orucovanın doğum günüdür.
“Tehsil365” xəbər verir ki, o, “Sevil” və “Almaz” filmlərində baş rollarda çıxış edərək azadlığa çıxan Azərbaycan qadınının lirik və canlı obrazını yaratmağa nail olub.
İzzət Orucova yalnız Azərbaycan kinosunun ilk qadın aktyoru deyil, həm də ikinci xanım akademikdir. Kimyaçı-akademikin həyatı müəyyən dərəcədə çətinliklərlə və sınaqlarla dolu olub.