3–5 noyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Azərbaycan Mədəniyyət Elçilərinin I Forumu Türkiyənin Antalya şəhərində baş tutacaq.
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyindən “Tehsil365”ə məlumat verilib ki, forum çərçivəsində mədəniyyət elçiləri şəbəkəsinin fəaliyyəti əsasında Azərbaycan mədəniyyətinin beynəlxalq səviyyədə təbliği və müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri ilə əməkdaşlığın inkişafı nəzərdə tutulur. Tədbirdə panel sessiyaları, müzakirələr, milli mədəni irs nümunələrindən ibarət sərgi və konsert proqramı təşkil olunacaq.
Forum iştirakçıları eyni zamanda Antalya şəhərində 1–9 noyabr tarixlərində keçiriləcək “Mədəniyyət Yolu” Festivalında da iştirak edəcəklər. Azərbaycan festivalda fəxri qonaq kimi təmsil olunacaq.
Xaricdə yaşayan azərbaycanlı mədəniyyət xadimləri 1 oktyabr 2025-ci il tarixinədək https://culture.fillout.com/elchiler səhifəsi vasitəsilə qeydiyyatdan keçə bilərlər. Forum hər il dünyanın müxtəlif bölgələrində təşkil olunacaq.