Qədim Yunanıstanda teatr tamaşaları dini mərasimlərin ayrılmaz hissəsi idi və bu mərasimlərdə maskalardan geniş istifadə olunurdu. Hər bir maska həm emosiyaları ifadə edir, həm də aktyorun səsini tamaşaçılara daha aydın çatdırırdı.
"Tehsil365" xəbər verir ki, həmin dövrdə maskalar təkcə səhnə üçün deyil, həm də tamaşanın dini xarakterini gücləndirmək məqsədilə hazırlanırdı. Bu səbəbdən teatr qədim dövrlərdə həm mədəni, həm də dini hadisə hesab olunurdu.
Maraqlıdır ki, bu ənənə zamanla başqa xalqlara da təsir göstərdi və teatr sənətinin formalaşmasında mühüm rol oynadı.