“İƏT (İslam Əməkdaşlıq Təşkilatı) Mədəniyyət Festivalı: Bakı Yaradıcı Həftə – 2025” tədbirinin keçirilmə tarixi dəyişdirilib.
“Tehsil365” Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin verdiyi məlumata əsasən xəbər verir ki, festival 5-11 dekabr 2025-ci il tarixlərində keçiriləcək. Tarix dəyişikliyi tədbirin təşkilati və proqram baxımından daha səmərəli və genişmiqyaslı keçirilməsi məqsədilə aparılıb.
Festival çərçivəsində bir sıra ölkələrdən iştirakçıların qatılacağı mədəni proqramlar, sərgilər, musiqili çıxışlar və panel müzakirələr planlaşdırılır.
Qeyd edilib ki, tədbirlə bağlı əlavə məlumat və qeydiyyat prosesi yaxın günlərdə Mədəniyyət Nazirliyinin rəsmi saytı və sosial media kanalları vasitəsilə ictimaiyyətə təqdim olunacaq.