Qarabağ Universiteti və Qarabağ Universitetinin Klinikasında tədris prosesi hələlik başlanmayıb. Bu barədə universitetin mətbuat xidmətindən məlumat verilib.
“Tehsil365” xəbər verir ki, dərslər sentyabrın 22-dən etibarən start götürəcək:
"Həmçinin onu da qeyd edək ki, tələbə sayının çoxluğunu nəzərə alaraq dərslər ikinövbəli şəkildə təşkil olunacaq".
Qeyd edək ki, bu il Qarabağ Universitetində 2 000 tələbə təhsil alacaq. İlk dəfə qəbul aparılan ixtisaslar arasında tibb üzrə 70, tibb bacısı və tibb qardaşı ixtisasları üzrə isə 30 tələbə yer alıb.