Naxçıvanda ikinci özəl universitet var idi, amma bağlandı. Lakin orada ali məktəblərin sayını artırmaq lazımdır.
“Tehsil365”xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında deputat Naqif Həmzəyev bildirib.
“Naxçıvanın elə imkanı var ki, orada 5 universitet yaratmaq olar. Ümumilikdə baxanda Naxçıvanda nə tıxac var, nə də Bakıda olan digər problemlər. Biz orada ali məktəblər açıb, əhalinin Bakıya axınının qarşısını ala bilərik”, - deyə o qeyd edib.