“YAŞAT” Fondu tərəfindən ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvlərinə və müharibə əlillərinə 2000 manat məbləğində pul mükafatı veriləcək.
“Tehsil365” xəbər verir ki, bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev 2025–2026-cı tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul olunan şəhid ailəsi üzvləri ilə görüş keçirib.
İlk dəfə tələbə adını qazanan şəhid ailəsi üzvləri və müharibə əlilləri mükafatla bağlı ətraflı məlumatı “YAŞAT” Fondunun 8110 Çağrı Mərkəzi vasitəsilə əldə edə bilərlər.
Mükafat üçün müraciət etmək istəyənlər Dövlət İmtahan Mərkəzinin vasitəsilə yerli universitetlərə qəbul olmuş, həmçinin dünyanın ən yaxşı TOP 1000 beynəlxalq universitetinə daxil olan tələbələr ola bilərlər.
Müraciətlərin qəbulu üçün son tarix 2025-ci il oktyabrın 31-dir.