Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1–7 oktyabr 2025-ci il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək 11-ci Bakı Beynəlxalq Kitab Sərgisində Qətər Dövləti fəxri qonaq qismində iştirak edəcək.
Quba - Xaçmaz regional mədəniyyət idarəsindən “Tehsil365”ə məlumat verilib ki, Qətər nümayəndə heyətində dövlət rəsmiləri, tanınmış elm və ədəbiyyat xadimləri, incəsənət ustaları yer alacaq. Sərginin beynəlxalq salonunda Qətərin mədəni irsi, çağdaş ədəbiyyatı və bədii əsərləri əks olunacaq. Həmçinin uşaqlar üçün xüsusi zonada interaktiv təqdimatlar və uşaq ədəbiyyatı nümunələri nümayiş olunacaq.
Paytaxt sakinlərinin və qonaqların rahatlığı üçün “Elmlər Akademiyası”, “28 May” və “Koroğlu” metrostansiyalarından Bakı Ekspo Mərkəzə xüsusi avtobus marşrutları təşkil ediləcək. Sərgi hər gün saat 10:00–20:00 arası keçiriləcək və giriş ödənişsizdir.