Elm və ali təhsil sahəsində əməkdaşlıq perspektivləri Azərbaycanla Bahçeşehir Kipr Universiteti arasında müzakirə edilib.
“Tehsil365” xəbər verir ki, görüş zamanı iki ölkə arasında elm, təhsil və innovasiya sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə və müəllim mübadiləsinin təşkili, həmçinin elmi-tədqiqat fəaliyyətində əməkdaşlığın genişləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Tərəflər bildiriblər ki, bu əməkdaşlıq Azərbaycan universitetlərinin beynəlxalq əlaqələrinin güclənməsinə və gənclərin qlobal təhsil imkanlarından yararlanmasına şərait yaradacaq.