Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda yaşayan 78 yaşlı Hicrət Yusifova Ordubad Peşə Liseyinə qəbul olunub. O, “Xalçaçı” ixtisası üzrə təhsil alacaq.
“Tehsil365” xəbər verir ki, 1946-cı ildə Ordubad şəhərində anadan olan Hicrət Yusifova uzun illər Ordubad İpək Kombinatında çalışıb. Onun 5 övladı, 12 nəvəsi və 12 nəticəsi var.
Qeyd edək ki, cari ildə peşə təhsil müəssisələrinə ümumilikdə 27 min 21 nəfər qəbul olunub. Müraciət edənlərin orta yaşı 21, ən aşağı yaşı 13, ən yüksək yaşı isə 78 olub.