Oksford Universitetinin “Executive MBA” proqramının iştirakçıları olan, uğurlu karyeraya sahib peşəkarların və sənaye rəhbərlərinin iştirakı ilə ADNSU tələbələri üçün karyera inkişafı, liderlik və idarəetmə mövzusunda panel müzakirəsi keçirilib.
‘’Tehsil365’’ xəbər verir ki, iniversitetin rektoru, dosent Rüfət Əzizovla keçirilən görüş zamanı qonaqlarla – Polestar Automotive şirkətində Qlobal Satınalmalar üzrə İcraçı vitse-prezident və rəhbər Frida Ying He, unicorn startaplarla çalışan Qlobal Süni İntellekt GTM və Tərəfdaşlıq lideri Mariya Nunez Burxalter, təcrübəli sahibkarlıq siyasəti mütəxəssisi Şeril Lo, SOCAR-ın səhmdar nümayəndəsi Rüstəm Əliyev və UBOC-un Baş Meneceri Elxan Bəşirovla geniş fikir mübadiləsi aparılıb.
Rektor qonaqlara ADNSU-nun tarixi, inkişaf istiqamətləri, beynəlxalq əlaqələri və həyata keçirilən müasir layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, universitetdə tələbələrin praktik bacarıqlarının artırılması, müasir təhsil metodlarının tətbiqi, tədqiqat və innovasiya yönümlü proqramların həyata keçirilməsi prioritet istiqamətlərdəndir.
Rəsmi hissədən sonra universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə panel müzakirə keçirilib. Təcrübəli mütəxəssislər karyera inkişafı, liderlik və idarəetmə mövzularında panel müzakirəsi aparıblar. Onlar öz zəngin təcrübələrini iştirakçılarla bölüşüblər və tələbələrin suallarını cavablandırıblar.
Qonaqlar ADNSU-da yaradılmış Azərbaycan-Türkiyə Dostluq Mərkəzində, Rəqəmsal Energetika, Kibertəhlükəsizlik laboratoriyalarında, həmçinin Tarix və Minerologiya muzeylərində olublar. Universitetin elmi mühiti, laboratoriyaları və tədris imkanları ilə tanış olan qonaqlar ADNSU-nun tədris imkanlarını yüksək qiymətləndiriblər.