Araşdırmalara görə, daun sindromlu uşaqların təxminən 80%-i ibtidai məktəbdə oxuya bilir, erkən müdaxilə alanların isə dil və motor bacarıqları daha sürətli inkişaf edir. Nitq terapiyası və xüsusi proqramlar onların sosiallaşmasına mühüm təsir göstərir.
“Tehsil365”xəbər verirki, inklüziv siniflərdə təhsil alan uşaqların ünsiyyət və özünəinam göstəriciləri ayrı-ayrı qruplara nisbətən yüksəkdir. Lakin müəllim hazırlığı və əlavə resurs çatışmazlığı inklüziyanın əsas maneələri olaraq qalır.
Azərbaycanda inklüziv təhsil üzrə qanunvericilik dəyişiklikləri qəbul olunub, hazırda 100-dən çox məktəbdə pilot layihələr həyata keçirilir. Bununla belə, mütəxəssislər infrastruktur və peşəkar dəstəyin genişləndirilməsinin vacibliyini vurğulayırlar.
Ekspertlərin fikrincə, dövlət, məktəb və ailələrin birgə əməkdaşlığı ilə daun sindromlu uşaqların təhsil həyatı daha uğurlu ola bilər.