Dünyanın bir sıra ölkələrində təhsil sistemləri yenilikləri ilə diqqət çəkir. Finlandiya məktəblərində şagirdlərə demək olar ki, ev tapşırığı verilmir, qiymətləndirmə isə əsasən şifahi rəy üzərində qurulur. Araşdırmalar göstərir ki, bu üsul uşaqlarda stressi azaldır və yaradıcılığı artırır.
“Tehsil365”araşdırmalarına görə:Yaponiyada isə məktəblilər gündəlik dərslərlə yanaşı, intizam və kollektiv məsuliyyətə də öyrədilir. Şagirdlər sinif otaqlarını özləri təmizləyir, birlikdə çalışaraq əməkdaşlıq ruhunu gücləndirirlər.
Estoniya rəqəmsal təhsildə lider hesab olunur: bütün məktəblərdə onlayn dərs resursları, rəqəmsal dərsliklər və dövlət səviyyəsində IT dəstəyi mövcuddur. Bu model ölkəni Avropanın ən sürətlə inkişaf edən təhsil mərkəzlərindən birinə çevirib.
Mütəxəssislər hesab edir ki, müxtəlif ölkələrin təcrübələrinin öyrənilməsi Azərbaycan təhsilinin də inkişafına yeni impuls verə bilər.