Son illərdə Azərbaycanda təhsil sahəsində mühüm uğurlar əldə olunub. Dövlət Statistika Komitəsinin məlumatına görə, məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı son beş ildə iki dəfədən çox artıb. Bu, erkən təhsilin keyfiyyətinə və uşaqların gələcək inkişafına müsbət təsir göstərir.
“Tehsil365” xəbər verirki,ali təhsildə də diqqətçəkən nəticələr var. 2023-cü ildə universitetlərə qəbul olunan abituriyentlərin 60 faizindən çoxu ödənişsiz əsaslarla təhsil almaq imkanı qazanıb. Ölkədə 40-dan artıq ali məktəbin beynəlxalq əməkdaşlıq müqavilələri var və yüzlərlə tələbə xarici mübadilə proqramlarında iştirak edir.
Eyni zamanda, məktəblərin elektron tədris platformalarına qoşulması 90 faizi ötüb. Bu da həm şagirdlərin, həm də müəllimlərin rəqəmsal bacarıqlarının inkişafına şərait yaradır.
Mütəxəssislər hesab edir ki, dövlət proqramları və beynəlxalq əməkdaşlıq nəticəsində Azərbaycan təhsili yaxın illərdə daha da rəqabətədavamlı olacaq.