Zərdab rayonunun Sarıqaya kəndində yaşayan Mustafayevlər ailəsində dərs ilinin başlanması xüsusi bayram kimi qeyd olunur. Ailənin 6-cı övladı bu il 1-ci sinfə qədəm qoyub.
“Tehsil365” Azərtaca istinadən xəbər verir ki, 2011-ci ildə ailə quran Amil və Sevda Mustafayevlər 7 övlad böyüdürlər – 4 qız, 3 oğlan. Onlardan 6-sı məktəbli, biri isə məktəbəqədər hazırlığa gedir. Məktəb direktoru bildirir ki, Mustafayevlərin övladları dərslərinə həmişə hazırlıqlı gəlir və davamiyyətləri nümunəvidir.
Uşaqlar yalnız dərslərdə deyil, musiqidə də uğur qazanırlar. Yusif kamança, Sevgi və Fərəh fortepiano, Zəhra isə xanəndəlik üzrə təhsil alır. Anaları Sevda xanım xanəndəlik müəllimi, ataları Amil müəllim isə fiziki tərbiyə müəllimidir.
“Çoxuşaqlı ailə olmaq çətin olduğu qədər də gözəldir. Əsas odur ki, sevgi və dəstək olsun,” – deyə Mustafayevlər bildirirlər.