Təhsil 365 - Logo Mobile

Beynəlxalq Münasibətlər məzunu Akif Kazımlı : "Uğur səbr və praktik təcrübədən keçir

16822.09.2025 - 18:10
Beynəlxalq Münasibətlər məzunu Akif Kazımlı : "Uğur səbr və praktik təcrübədən keçir

Beynəlxalq Münasibətlər ixtisası gənclər arasında maraq doğuran sahələrdən biridir, lakin bu ixtisası bitirənlərin iş həyatında üzləşdikləri çətinliklər və qazandıqları təcrübələr çox vaxt kifayət qədər işıqlandırılmır.

Tehsil365” olaraq, bu dəfə Akif Kazımlı ilə söhbət etdik.

A. Kazımlı bildirir ki, beynəlxalq münasibətlər ixtisasını seçməsinin səbəbi siyasətçi olmaq istəyi ilə bağlı olub, lakin həm də öz əməyilə yaşamaq istədiyi üçün bu sahəni seçib. O, Bakı Dövlət Universitetində təhsil aldığını və hazırda əsas fəaliyyət sahəsinin korporativ hüquq olduğunu qeyd edir:

– Beynəlxalq münasibətlər ixtisasını seçməyinizin səbəbi nə idi?

“Mən siyasətçi olmaq istəyirdim, lakin həm də öz əməyimlə yaşamaq. Buna görə beynəlxalq hüquq ixtisasını, lakin Beynəlxalq Münasibətlər fakültəsində seçdim.”

– Hansı universitetdə təhsil almısınız?

“Bakı Dövlət Universiteti.”

– Hazırda hansı işlə məşğulsunuz?

“Hazırda əsas işim korporativ hüquq sahəsindədir.”

– Bu mövqeyə gələnə qədər hansı yolları keçmisiniz?

“Əslində çox çətin oldu mənə, çünki imkanlar və hədəflər arasında balans yox idi. Təhsili fərqlənmə ilə başa vursam da, əmək bazarının tələbləri tamam ayrı idi. Dar sahədə imkanlar var idi, lakin arzuladığım yoldan sapmadım. Hələ də istədiyim yerdə deyiləm, lakin doğru yolda olduğumu düşünürəm.”

– Bəli, təəssüf ki, hazırda bu ixtisası oxuyan gənclər də eyni problemlə üz üzədir. Həmin gənclərə hansı tövsiyələri verərdiniz?

" Bu yol alpinizm qədər çətindir, zirvəyə tək-tük adam yüksələ bilər. Bu ixtisası seçən gənclər bunu nəzərdə tutmalıdırlar. Əla ingilis dili (C1 və ya C2) mütləqdir, əlavə bir-iki dil isə B2 səviyyəsində olmalıdır. Tələbəlik zamanından başlayaraq praktiki təcrübə toplamaq, səbrli olmaq, çoxlu və seçici mütaliə etmək lazımdır. Yaxşı intellektual çevrə və həmkarlar toplamaq vacibdir. İmkanı olanlar səyahət etsin, edə bilməyənlər isə turizm sahəsində xaricilərlə birbaşa kontaktdan və layihələrdən istifadə edə bilər.”

– Universitet dövrünə qayıtsanız, nəyi fərqli edərdiniz?

“Bu ən gözəl fakültələrdən biridir, humanitar sahədə çoxlu intellektual insanlar çalışır, dünyanın hər yerindən savadlı kadrlar var. Mən bu yolu 20 ilə keçdim, imkanı olan 5–10 ildə tamamlasın.

Həm sizə, həm də müsahibəni oxuyan gənclərə karyera yolunda iradə, qətiyyət və uğurlar arzu edirəm.”


Aydan Məmmədova

News Feed

Məktəblərdə ilkin tibbi yardım: Onlar kimə və necə öyrədilməlidir?05.10.2025 - 13:33
A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48