Tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biri müəllimlərin effektiv peşəkar ünsiyyətidir.
Peşə təhsili üzrə Dövlət Ahentliyindən “Tehsil365”ə məlumat verilib ki, bu baxımdan Lənkəran Dövlət Peşə Təhsil Mərkəzində pedaqoji heyət arasında səmərəli ünsiyyət mühitinin yaradılmasına xüsusi diqqət yetirilir.
Mərkəzdə müəllimlərin qarşılıqlı əməkdaşlığı və təcrübə mübadiləsi tədrisin keyfiyyətinin yüksəldilməsinə mühüm töhfə verir.