Qazax-Tovuz regional təhsil idarəsində vətəndaş qəbulu təşkil olunub.
Qazax-Tovuz regional təhsil idarəsindən “Tehsil365”ə məlumat verilib ki, qəbul zamanı vətəndaşlar əsasən işlə təmin olunma, əmək müqaviləsinin müddətinin uzadılması, tam ştat vahidinə keçirilmə, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
İdarə müdiri müraciətləri dinləyərək hər birinin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli üçün aidiyyəti struktur bölmələrinin rəhbərlərinə tapşırıqlar verib.
Qeyd olunub ki, vətəndaş qəbullarının keçirilməsində əsas məqsəd vətəndaş məmnunluğunu təmin etmək, onların müraciətlərinə operativ reaksiya vermək və təhsil müəssisələrində sağlam, şəffaf mühitin formalaşdırılmasına nail olmaqdır.