Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov vətəndaşlarla növbəti qəbul görüşünü təşkil edib.
Peşə Təhsili üzrə Dövlət Agentliyindən “Tehsil365”ə məlumat verilib ki, müraciətlər əsasən tələbə qəbulu, tələbə yerdəyişməsi və işə qəbul məsələləri ilə bağlı olub. Qəbulda hər bir müraciət qeydə alınıb, vətəndaşlara yerində dəstək göstərilib.
Qeyd olunub ki, bu, Agentlik tərəfindən cari ildə keçirilən doqquzuncu qəbul görüşüdür.
Vətəndaş qəbullarında iştirak etmək üçün Agentliyin çağrı mərkəzinə – 146-7 nömrəsi vasitəsilə müraciət etmək mümkündür.