Təhsil 365 - Logo Mobile

Dim-də şəhid övladları ilə görüş:"Peşə seçimi" aləti təqdim olundu

10426.09.2025 - 12:31
Dim-də şəhid övladları ilə görüş:"Peşə seçimi" aləti təqdim olundu

Dövlət İmtahan Mərkəzində (DİM) 44 günlük Vətən müharibəsi şəhidlərinin məktəbli övladlarının iştirakı ilə görüş keçirilib.

"Təhsil365 " xəbər verir ki, tədbirdə DİM-in İdarə Heyətinin sədri Məleykə Abbaszadə, YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov, Bakı şəhəri və ona yaxın bölgələrin ümumtəhsil müəssisələrində VIII-X sinifdə təhsil alan 130-dan çox şəhid övladı iştirak ediblər.

M.Abbaszadə şəhidlərin ailə üzvlərinin və qazilərin həmişə dövlətin diqqət və qayğısı altında olduğunu qeyd edib.

YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov DİM və fondun birgə əməkdaşlığı çərçivəsində uzun illərdir şəhid ailələrinin üzvlərinə və qazilərə göstərilən mənəvi dəstək, onların təhsilinə, gələcək karyerasının planlaşdırılmasına və inkişafına kömək edən əməli yardımlar haqqında məlumat verib.

Daha sonra Mərkəzin mütəxəssisləri tərəfindən orta məktəb şagirdlərinin gələcək peşə istiqamətlərinin müəyyənləşdirilməsinə kömək etmək məqsədilə hazırlanmış "Peşə seçimi" aləti təqdim edilib və peşə seçiminin psixoloji xüsusiyyətləri haqqında məlumat verilib.

Qeyd olunub ki, peşə seçimi testləri üç əsas istiqaməti – təfəkkür növləri, şəxsi xüsusiyyətlər və peşə maraqları testlərini əhatə edir. Testlər kompüterdə elektron formada keçirilir. Burada doğru və ya səhv cavab yoxdur. Sadəcə mümkün qədər dürüst olmaq yetərlidir. Testi bitirəndə nəticələr dərhal hesablanır və iştirakçının göstərdiyi elektron poçt ünvanına avtomatik göndərilir.

Testlər haqqında danışan M.Abbaszadə bildirib ki, qiymətləndirmə aləti artıq Elm və Təhsil Nazirliyi, həmçinin Gənclər və İdman Nazirliyi tərəfindən bir neçə layihə çərçivəsində uğurla yoxlanılıb və praktiki səmərəliliyi təsdiqlənib:

"Bu testlər bilik, bacarıq, maraq və fərdi xüsusiyyətlərə əsaslanaraq şəxsə uyğun peşə istiqamətinin müəyyən edilməsi məqsədilə istifadə olunur. İştirakçı testi bitirdikdən sonra dərhal nəticələr göstərilir və ona uyğun peşələr təqdim olunur. Beləliklə, siz hansı sahəyə daha uyğun ola biləcəyiniz haqqında məlumat əldə etmiş olursunuz. Ümid edirəm ki, şagirdlər üçün nəzərdə tutulan bu alət peşə və ixtisas seçimində onlara yaxın köməkçi ola biləcək və öz qabiliyyətlərini düzgün qiymətləndirib istəklərinə uyğun qərar qəbul edə bilmələri üçün faydalı olacaq".

Tədbirin sonunda iştirakçılara DİM tərəfindən nəşr olunan VIII-X sinif üzrə qiymətləndirmə tapşırıqları kitabları hədiyyə olunub. Onlar, həmçinin peşə seçimi testlərindən faydalanıblar.

Rəvanə Rəsulova

News Feed

A teacher who made her students’ dreams come true: an inspiring step from Baliton village21.09.2025 - 08:40
Beynəlxalq Təhsil İcmalı - Sentyabr 202519.09.2025 - 16:20
Erkən yaşda xarici dil öyrənmənin faydaları17.09.2025 - 17:39
Çində təhsil alacaq BMU tələbələri Pekində09.09.2025 - 06:40
Məktəbəqədər uşaqların təbiətlə təmasda olması- açıq havada öyrənmənin faydaları05.09.2025 - 11:10
How accessible is entrepreneurship for students?04.09.2025 - 19:17
Winners of the "R.M. 90" programming contest awarded within the framework of the ICPC World Final04.09.2025 - 19:02
The role of industrial training in developing students’ practical skills04.09.2025 - 18:47
Employment opportunities for youth in the agricultural sector04.09.2025 - 18:32
The human brain produces enough energy to power a small light bulb04.09.2025 - 18:15
Azerbaijani cinema is represented with an Oscar-Nominated Film04.09.2025 - 18:00
Meeting with the German religious delegation at the State Committee04.09.2025 - 17:40
The benefits of temporary jobs for students04.09.2025 - 17:20
It was investigated that applicants engaged in sports have a strong memory02.09.2025 - 18:47
The historic al-Nuri Mosque in Mosul reopens after 8 years02.09.2025 - 18:28
Psychological support programs improved students’ performance02.09.2025 - 18:16
Research shows that students who maintain a regular sleep schedule are more productive02.09.2025 - 18:03
The anniversary of Uzeyir Hajibeyov, a great figure of Azerbaijani music has been celebrated02.09.2025 - 18:00
Festivals and exhibitions play an important role in personal development02.09.2025 - 17:45
Expansion of the dual education program through Azerbaijan–Germany cooperation02.09.2025 - 17:30
The main causes of aggression in adolescents and ways of prevention02.09.2025 - 17:15
University graduates’ entry into the job market30.08.2025 - 19:38
Shahmar Akbarzade – A distinguished figure of our national poetry30.08.2025 - 19:24
Which is better: a public university or a private university?30.08.2025 - 19:08
Promotion of vocational education and entrepreneurship30.08.2025 - 18:51
No one lives in these villages in Azerbaijan30.08.2025 - 18:36
Factors that weaken memory in children30.08.2025 - 18:18
How to cope with insomnia: 6 Tips30.08.2025 - 18:03
A documentary reflecting our national values was presented30.08.2025 - 17:47
The importance of internship programs30.08.2025 - 17:32
The next international achievement of AzTU’s Institute of Biomedical Engineering30.08.2025 - 17:17
Methods to memorize a large amount of information in a short time29.08.2025 - 19:52
The first ISO-certified school in India: Birla School at the pinnacle of education29.08.2025 - 19:36
Motivation and encouragement of students who excel in sports competitions29.08.2025 - 19:20
Forgetfulness in children29.08.2025 - 19:05
CUET increases women’s enrollment in universities, but additional support is needed29.08.2025 - 18:50
The Impact of music education in kindergartens on children’s development29.08.2025 - 18:30
TUSAŞ expressed its gratitude to two teams from AzTU29.08.2025 - 18:05
Health issues are prioritized in students’ exam preparation29.08.2025 - 17:45
Restoration work has begun on the historic “Madrasa” monument in Ordubad28.08.2025 - 19:36
A regional conference was held in Gazakh within the framework of the "Year of Constitution and Sovereignty" 28.08.2025 - 19:21
Azerbaijani journalists have been informed about the partnership between our country and NATO28.08.2025 - 19:07
Emil Afrasiyab in the “Our Cultural Homeland” project28.08.2025 - 18:52
Azerbaijani teachers achieved success at the international sports games held in Bulgaria28.08.2025 - 18:37
Azerbaijan's tourism opportunities have been promoted in Thailand28.08.2025 - 18:22
Master classes in football were held at the Absheron Olympic Sports Complex28.08.2025 - 18:07
The joint feature film project between Azerbaijan and Kazakhstan will be realized28.08.2025 - 17:48
The CIS youth camp in Lachin concluded with a Grand Closing Ceremony28.08.2025 - 17:33