Çin hökuməti internetdə “ümidsizlik, pessimizm, zorakılıq və nifrət” yaydığı iddia olunan paylaşımlara qarşı iki aylıq yeni senzura kampaniyası elan edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Hakimiyyət bildirir ki, sosial şəbəkələrdə “çox işləməyin mənasız olduğu” kimi ideyaların, iqtisadi şayiələrin, saxta xəbərlərin və cəmiyyətdə qorxu, panika yaradan materialların qarşısı alınacaq.
Bu çərçivədə Weibo, Xiaohongshu, Kuaishou kimi böyük platformalar nəzarət altına alınıb, alqoritmlərin işləmə qaydaları və şərh bölmələri də yoxlanacaq. Qaydaları pozan istifadəçilərə qarşı cəzalar tətbiq ediləcək.
Kampaniya ölkədə iqtisadi geriləmə, işsizlik və gənclər arasında artan “ümidsizlik əhval-ruhiyyəsi” fonunda həyata keçirilir. Hakimiyyət bu addımı “ictimai sabitliyi qorumaq” kimi əsaslandırır.