27 sentyabr 2025-ci il tarixində 29 nömrəli məktəbin kitabxanasında Vətənimizin azadlığı uğrunda canını fəda etmiş şəhidlərin xatirəsinə həsr olunmuş anım tədbiri təşkil olunub.
“Tehsil365” xəbər verir ki, tədbir kitabxana müdiri İbrahimova Dürdanə və kitabxanaçı Aytən Rəhimovanın təşkilatçılığı, tarix müəllimi Quliyeva Arzunun rəhbərliyi ilə VIII və IX sinif şagirdlərinin iştirakı ilə baş tutub.
Tədbirdə tarix müəllimi şagirdlərə 27 Sentyabr gününün tarixi əhəmiyyəti və qəhrəman övladlarımızın göstərdiyi igidliklər barədə məlumat verib. Daha sonra şəhidlərin həyat və mübarizəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Məktəbin məzun şəhidlərinin və şəhid olmuş şagirdlərinin xatirəsi də dərin ehtiramla anılıb.
Anım tədbiri gənc nəslə bir daha xatırladıb ki, Vətən sevgisi ən uca dəyərdir və şəhidlərimizin xatirəsini yaşatmaq hər kəsin müqəddəs borcudur.
Şəhidlər ölməz, Vətən bölünməz!