Masazır kənd 3 nömrəli tam orta ümumtəhsil məktəbində şagirdlərin səhər düzülüşündə Anım Günü münasibətilə şəhidlərimizin əziz xatirəsi ehtiramla yad olunub.
‘’Tehsil365’’ xəbər verir ki, əvvəlcə Dövlət Himni səslənib, daha sonra şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla anılıb.
Məktəbin hərbi çağırışaqədərki hazırlıq müəllimi, müharibə iştirakçısı Ülvi Qədirov çıxış edərək, şagirdlərimizə şəhidlərimizin keçdiyi şərəfli döyüş yolundan, 44 günlük Vətən müharibəsində göstərilən qəhrəmanlıqlardan danışıb və onlara vətənpərvərlik ruhunda dəyərli fikirlərini çatdırıb.
.