Masallı rayonu Mahmudavar kənd tam orta məktəbində əziz şəhidlərimizin Anım Günü keçirildi. Tədbirdə şəhid anaları,qazilər,müəllimlər və yuxarı sinif şagirdləri iştirak etdilər.
‘’Tehsil365’’ xəbər verir ki, tədbir milli himnimiz və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilməklə başladı.Tədbiri giriş sözü ilə açan məktəb direktoru Xanım müəllimə 44 Günlük Vətən müharibəsinin şanlı tarixi barədə çıxış etdi. Sonra tədbir bədii hissə ilə davam etdi. Tədbirdən sonra məktəb kollektivi kəndimizin mərkəzində yerləşən Şəhidlər parkını ziyarət edərək onların ruhuna dualar oxudular.