Təhsil müəssisələrində pul yığılması və neqativ hallarla bağlı müvafiq tədbirlər görülür.
“Tehsil365”in məlumatına əsasən, “Report” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda 4400 məktəb var və bütün hallarla bağlı araşdırmalar aparılıb: "Bu cür məsələlərə həm media, həm də ictimaiyyət diqqət göstərməlidir".