Azərbaycanda hələ də universitet diplomuna həddindən artıq önəm verilir.
“Tehsil365” xəbər verir ki, valideynlər övladlarını hüquqşünas, iqtisadçı, həkim kimi görmək arzusundadırlar. Bu çərçivədən kənara çıxan peşələr isə sanki uğursuzluq kimi qəbul edilir. Halbuki dünya çoxdan dəyişib və onunla birlikdə əmək bazarı da dəyişib.
Problem ondadır ki, hüquqşünas və ya mühasib diplomlularının bolluğu fonunda ölkədə konkret praktik bacarıqlara sahib mütəxəssislərə ciddi ehtiyac var. Elektrotexniklər, avtomatlaşdırma üzrə mütəxəssislər, kənd təsərrüfarı mütəxəssisi, qida istehsalı texnoloqları, tikinti və memarlıq ustaları – bütün bu peşələr bu gün ənənəvi “prestijli” ixtisaslardan az tələb olunmur, bəzən isə onlardan daha çox aktualdır.
Azərbaycanda peşə-ixtisas təhsili sistemi fəaliyyət göstərir. Bu, “ikinci sort” deyil, həm ümumi orta təhsili, həm də tətbiqi hazırlığı birləşdirən tam hüquqlu təhsil yoludur. Tələbələr yalnız baza bilikləri deyil, həm də seçilmiş sahədə ixtisaslaşmış tapşırıqları icra etmək bacarığını təsdiqləyən konkret kvalifikasiyanı qazanırlar.
Hazırda peşə təhsili sistemində 10 əsas istiqamət mövcuddur:
– incəsənətşünaslıq,
– iqtisadiyyat və avtomatlaşdırma xidməti,
– kənd təsərrüfatı, balıqçılıq və meşə təsərrüfatı,
– energetika, elektrotexnika və cihazqayırma,
– radiotexnika, metallurgiya, maşınqayırma və metal emalı,
– aviasiya, raket-kosmik və dəniz texnikası, nəqliyyat vasitələri,
– kimyəvi və biokimyəvi texnologiyalar,
– ilkin tələbatlar və qida texnologiyaları,
– tikinti və memarlıq.
Məhz bu istiqamətlər ölkənin infrastrukturunu formalaşdırır. Bu – mühəndislər, texnoloqlar, ustalardır ki, onlarsız nə iqtisadiyyat, nə şəhərlər, nə də gündəlik həyat inkişaf edə bilər.
Martin Lüter Kinqin dediyi kimi: “Heç bir iş kiçik deyil. İnsanlığı ucaldan bütün əmək şərəf və əhəmiyyət daşıyır və ən yüksək dəqiqliklə icra olunmalıdır.uni