Təhsil sektorunda son illərdə süni intellektin (Sİ) tətbiqi genişlənir. Onun köməyi ilə testlərin yoxlanılması, şagirdlərin fərdi bilik səviyyəsinə uyğun dərs materiallarının hazırlanması və hətta virtual köməkçi dərslərin təşkili mümkün olur. Bu isə müəllimlərin gündəlik iş yükünü xeyli azaldır.
“Tehsil365” xəbər verir ki, bir çox mütəxəssislər süni intellektin pedaqoqların işini tam əvəz edə bilməyəcəyini vurğulayırlar. Çünki şagirdlərin emosional və sosial ehtiyaclarını anlamaq, onlarla ünsiyyət qurmaq yalnız müəllimin bacaracağı bir funksiyadır. Digər tərəfdən, Sİ-nin təqdim etdiyi rahatlıq, müəllimlərin vaxtlarını dərs keyfiyyətinin artırılmasına yönəltməsinə şərait yaradır.
Mütəxəssislərin fikrincə, gələcəkdə ən uğurlu model müəllim və süni intellektin əməkdaşlıq etdiyi hibrid yanaşma ola bilər. Bu yanaşma həm texnologiyanın verdiyi imkanları, həm də müəllimlərin pedaqoji təcrübəsini birləşdirərək təhsilin keyfiyyətini yüksəldə bilər