Təhsil 365 - Logo Mobile

Kapitan: “Şəhid qardaşımla həm kursant, həm zabit, həm də döyüş yoldaşı olmuşuq”

10128.09.2025 - 16:42
Kapitan: “Şəhid qardaşımla həm kursant, həm zabit, həm də döyüş yoldaşı olmuşuq”

Sentyabrın 28-də Hərbi Memorial Məzarlıqda Vətən müharibəsi şəhidi leytenant Elvin Şükürlünün şəhadətinin 5-ci ildönümü münasibətilə anım mərasimi keçirilib.

Anım mərasimində şəhid ailələri, müharibə veteranları, qazilər, məktəblilər iştirak ediblər.

“Tehsil365” “AZƏRTAC” a istinadən xəbər verir ki, anım mərasimində xatirələrini bölüşüb:"Qardaşım Vətənini, millətini hər şeydən üstün tuturdu. Bu, bizim ailəmizdən irəli gəlirdi. Bizim hər ikimizin hərbi sahəni seçməyimiz təsadüfi deyildi.

Atam ehtiyatda olan kapitandır, Birinci Qarabağ müharibəsi veteranıdır. O, bizi hərbi ruhda, Vətənə sevgi ilə böyüdüb. Qardaşımdan yaş yarım böyük idim. Elvinlə həm kursant, həm zabit, həm də döyüş yoldaşı olmuşuq. Birlikdə xidmət etmişik. Xidmətimiz boyunca, həm də kursant olduğumuz vaxtlarda valideynlərimizdən uzaq düşdüyümüz üçün bir-birimizə həmdəm, sirdaş idik. Elvinin xarakteri elə idi ki, məndən kiçik olsa da, onu özümə ata əvəzi bilirdim. Çox səbirli, təmkinli idi. Tez əsib-coşan deyildi, sakit, sözünü vaxtında və yerində deyən biri idi.

Elvinlə ən son Vətən müharibəsindən bir gün öncə, yəni 2020-cil sentyabrın 26-da danışdıq. İkimiz də ön xətdə xidmət etdiyimizə görə hər atəşkəs pozulduqca aramızda danışır, valideynlərimizi bir-birimizə əmanət edirdik. O zaman da düşmən təxribatları dayanmırdı. Sonuncu dəfə də ənənəmizə uyğun olaraq söhbət etdik. Sonda isə hər zamankı kimi: "qəzamız mübarək olsun, çıxdığımız yolu, başladığımız işi uğurla, Zəfərlə bitirək" dedik. Sentyabrın 27-dən başlanan və 44 gün davam edən Zəfər yürüşündə şəhidlərimizin canı, qanı bahasına Şanlı Qələbəni qazandıq. Adını tarixə yazdıran qəhrəmanlardan biri də qardaşım Elvin oldu...

Hər ikimiz Kəlbəcər istiqamətində hərbi əməliyyatlara qoşulduq. Ayrı-ayrı taborlarda döyüşürdük. Aramızda 2 kilometr məsafə var idi. Elvinin də iştirak etdiyi Kəlbəcər-Murovdağ istiqamətindəki "Üçtəpələr" postunun azad edilməsi uğrunda döyüşlər uğurla yekunlaşdı. Sentyabrın 28-də isə düşmən daha böyük canlı qüvvə ilə hücuma keçdi. Qızğın döyüşlərdə qardaşım snayper gülləsinə tuş gələrək 23 yaşında şəhid oldu. Zabit olduğu üçün düşmən onun nəşini götürmüşdü. Dörd ay itkin şəhid kimi axtarışda oldu. Elvinin nəşini 2021-ci il yanvarın 22-də Vətən torpağına tapşıra bildik. Biz həm sentyabrın 28-ni, həm də yanvarın 22-ni xüsusi qeyd edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Nəzrin Həmidova

News Feed

Rasim Balayev vəfat edib29.03.2026 - 10:49
Nazir Böyük Britaniyanın “ailəyönümlü” siyasətini saxtakarlıq adlandırdı29.03.2026 - 07:00
DfE müraciətlərin göndərilməsi ilə bağlı məsləhətləşmələrin davam etdiyini bildirir29.03.2026 - 06:36
“Ömürdə bir dəfə” ezamiyyət: müəllimlər üçün qeyri-adi təşəbbüs müzakirə yaradır29.03.2026 - 06:18
Milli Qəhrəman Tabil Həsənovun xatirəsi ehtiramla yad edilir29.03.2026 - 06:00
Milli Qəhrəman Nizami Məmmədov ehtiramla anılır29.03.2026 - 05:42
Görkəmli maarifçi və dramaturq Süleyman Sani Axundov anılır29.03.2026 - 05:18
Milli Qəhrəman Fərhad Hümbətovun xatirəsi yad olunur29.03.2026 - 05:06
Milli Qəhrəman Cəmil Niftəliyev ehtiramla yad edilir29.03.2026 - 04:54
Meyxana ustası Elşən Xəzər yaradıcılığı ilə seçilir29.03.2026 - 04:36
Azərbaycanın əməkdar artisti Nazir Əliyev xatırlanır29.03.2026 - 04:18
Mirzə Əli Möcüz – Azərbaycan ədəbiyyatının unudulmaz satirik şairi29.03.2026 - 04:00
İranda uşaqlar hərbi xidmətə cəlb olunurlar: Çağırış yaşı endirildi28.03.2026 - 19:55
Yağış sabah da davam edəcək28.03.2026 - 19:45
Astana “Yer saatı” beynəlxalq aksiyasına qoşulub28.03.2026 - 19:36
Azərbaycanın milli təamları Gürcüstanda keçirilən festivalda nümayiş etdirilib28.03.2026 - 19:28
Mingəçevirli sənətsevərlərə hədiyyə: Üzeyir Hacıbəylinin operettası ilə unudulmaz anlar28.03.2026 - 19:20
Uşaqlarda məsuliyyət hissi necə formalaşdırılmalıdır? – Ekspert açıqladı28.03.2026 - 19:12
Valideyn-uşaq münasibətində ən çox edilən səhvlər hansılardır? – Ekspert açıqladı28.03.2026 - 19:05
Yağışlı hava sabah da davam edəcək28.03.2026 - 18:52
Olimpiadaçı şagirdlərin növbəti uğuru - KAIST tələbəsi adını qazandılar28.03.2026 - 18:42
Onlar üçün tətil bitdi: dərslər bu gündən BAŞLAYIB28.03.2026 - 18:32
Azərbaycanda bu günə qədər 856 uşaq övladlığa verilib28.03.2026 - 18:24
Bu ölkə süni intellekt və televizoru uşaqlara qadağan etdi28.03.2026 - 18:16
Dünyanın ən dar evi tikilib: yaşamaq üçün hər şey var28.03.2026 - 18:10
III qrupa hazırlaşanlara ŞAD XƏBƏR-Keçid balları DÜŞƏCƏK!28.03.2026 - 18:08
Göz sağlamlığı üçün vitaminlər həqiqətən faydalıdırmı?28.03.2026 - 18:02
İnfarkt üçün riskli yaş həddi28.03.2026 - 18:00
Nabat Mirzəyeva: “Qorxu filmlərinin təsiri izləmə tezliyi və psixoloji dayanıqlılıqla bağlıdır” 28.03.2026 - 17:55
Qızların həyatını xilas edən müəllim: dünya onu mükafatlandırdı28.03.2026 - 17:52
Sözün və ruhun bayramı28.03.2026 - 17:50
Məşhur bitki dərinin qocalmasını dayandıra bilər28.03.2026 - 17:45
Coğrafiya İnstitutu: Azərbaycanda aprel ayında da havanın yağıntılı keçməsi mümkündür28.03.2026 - 17:42
Onlara da tələbə kartı veriləcək 28.03.2026 - 17:40
Sağlam beyin üçün səhər rutini - Oyanan kimi edin28.03.2026 - 17:35
ChatGPT ilə xərçəngə meydan oxudu - Nəticə heyrətləndirdi28.03.2026 - 17:33
Zehni gücləndirmək üçün SADƏ VƏRDİŞLƏR – Səhər oyanan kimi bunları edin28.03.2026 - 17:30
Azərbaycan sablyaçısı Daşkənddə bürünc medal qazanıb28.03.2026 - 17:26
Məşhur müğənni təcili xəstəxanaya yerləşdirildi: Əməliyyat olundu28.03.2026 - 17:25
Bu qidalar insult və infarkt riskini 67 faiz ARTIRIR28.03.2026 - 17:20
Naxçıvan Dövlət Milli Dram Teatrı beynəlxalq festivalda növbəti dəfə çıxış edib28.03.2026 - 17:18
"Google Translate"də inqilabi yenilik28.03.2026 - 17:15
“Elçilik” komediyası Naxçıvan Dövlət Kukla Teatrının səhnəsində28.03.2026 - 17:12
İnnovativ sosial informasiya şəbəkəsi nədir28.03.2026 - 17:10
Bu qidalar ürək üçün təhlükəlidir28.03.2026 - 17:05
“STRATCOM 2026” - Qlobal media cəmiyyətinin gələcəyə baxışı28.03.2026 - 17:04
"SpaceX" insanın Aya eniş tarixini açıqlayıb28.03.2026 - 17:00
Martın 29-nun havası açıqlandı28.03.2026 - 17:00