Müasir texnologiyaların sürətli inkişafı əmək bazarını da dəyişməkdədir. İndi sadəcə ənənəvi bacarıqlara sahib olmaq kifayət etmir. İşəgötürənlər daha çox rəqəmsal savadlılığı, proqramlaşdırma və texnoloji bilikləri önə çəkirlər. Bu səbəbdən də proqramlaşdırma bilməyən gənclərin gələcəkdə rəqabət üstünlüyü zəifləyə bilər.
"Tehsil365" xəbər verir ki, ekspertlərin fikrincə, yaxın 10 ildə texnologiya bazarında yeni ixtisaslar formalaşacaq və hazırkı ənənəvi peşələrin əksəriyyəti avtomatlaşdırılacaq. Bu da o deməkdir ki, kodlaşdırma, süni intellektdən istifadə, kibertəhlükəsizlik və rəqəmsal dizayn kimi sahələr gənclər üçün vacib bacarıqlara çevriləcək.
Bununla belə, proqramlaşdırmanı bilməyən gənclər üçün çıxış yolu da mövcuddur. Onlar öz sahələrində texnologiyadan istifadə etməyi öyrənərək iş imkanlarını genişləndirə bilərlər. Əsas məsələ dəyişən tələblərə adaptasiya olmaq və öyrənməyə açıq qalmaqdır.