Çinin Kiberməkan İdarəsi ölkə miqyasında iki aylıq kampaniya elan edib.
“Tehsil365” xəbər verir ki, bu barədə xarici media məlumat verib.
Bu kampaniya internetdə pessimist məzmunların, sosial şəbəkələrdə neqativ paylaşımların qarşısını almağı hədəfləyir. Nəzarət tədbirləri əsasən trend mövzular, şərhlər bölməsi, kontent tövsiyələri, canlı yayımlar və qısa video platformalarını əhatə edəcək.
Kampaniya çərçivəsində “çalışmağın mənası yoxdur” və ya “oxumaq faydasızdır” kimi ifadələr, iqtisadiyyata dair şayiələr, mənfi hadisələrin şişirdilməsi, nifrət və düşmənçiliyi artıran paylaşımlar ciddi şəkildə izlənəcək. İndiyədək Weibo, Kuaishou və Xiaohongshu kimi məşhur platformalara pozuntulara görə xəbərdarlıqlar edilib.
Hakimiyyət bununla cəmiyyətdə “panika, inamsızlıq və sosial gərginlik” yaradan məzmunların qarşısını alacağını bildirir. Analitiklər isə qeyd edirlər ki, bu addım Çin iqtisadiyyatındakı zəiflik və gənclər arasında yüksək işsizlik fonunda ictimai əhval-ruhiyyəni idarə etməyə yönəlib.