Ümumi təhsil müəssisəsində sağlam mənəvi-psixoloji mühitin formalaşdırılması, vətəndaşların təhsil müəssisəsinə və təhsilverənlərə etimadının artırılması, müəllimlərin nüfuzunun yüksəldilməsi, həmçinin tədris prosesində səmərəliliyin və şəffaflığın təmin olunması məqsədilə 147 nömrəli Texniki-humanitar liseydə direktor və məktəb psixoloqunun iştirakı ilə valideynlərlə maarifləndirici görüş keçirilib.
“Tehsil365” xəbər verir ki, tədbirdə məktəb-valideyn əməkdaşlığının əhəmiyyəti, şagirdlərin təlim-tərbiyə prosesində birgə məsuliyyət prinsipləri müzakirə olunub. Valideynlərə təhsil müəssisəsində sağlam mühitin qorunması istiqamətində maarifləndirici tövsiyələr verilib.
Eyni zamanda qeyd olunub ki, 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə müəllimlərin valideyn və şagirdlər tərəfindən təbrik olunması adı altında hər hansı maddi və ya qeyri-maddi nemətlərin, o cümlədən qiymətli hədiyyələrin verilməsi, pul yığılması və digər bu kimi neqativ hallara yol verilməsi qəti şəkildə qadağandır.