Dünyada ilk kompüter klaviaturası 1960-cı illərdə hazırlanıb. Onun dizaynı daktilo maşınlarından ilhamlanaraq qurulmuşdu və bu səbəbdən bu gün də istifadə etdiyimiz QWERTY düzülüşü həmin dövrlərdən qalma sistemdir.
"Tehsil365" xəbər verir ki, QWERTY düzülüşü əslində yazı sürətini azaltmaq üçün yaradılmışdı. Çünki daktilo maşınlarında hərflərin çox sürətlə vurulması texniki nasazlığa səbəb olurdu. Bu düzülüş kompüterlərdə də saxlanıldı və qlobal standart halına gəldi.
Mütəxəssislər hesab edirlər ki, texnologiyanın inkişafına baxmayaraq, QWERTY düzülüşü hələ də istifadə olunur və yaxın illərdə dəyişdirilməsi gözlənilmir.