Şabran rayonu Samir Zülfüqarov adına 3 saylı tam orta çəktəbdə təhlükəsizliklə bağlı məktəblilərin çantalarına baxış keçirilib.
‘’Tehsil365’’ xəbər verir ki, Məktəbdə şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik tədbir olaraq məktəbli çantalarına baxış keçirilib. Bu addım məktəb daxilində qayda-qanunun qorunması, təhlükəli əşyaların gətirilməsinin qarşısının alınması və sağlam tədris mühitinin təmin olunmasına xidmət edir.
Tədbir zamanı şagirdlərə təhlükəsizlik qaydaları, məktəbə gətirilməsi qadağan olunan əşyalar və bu qaydalara əməl etməyin məsuliyyəti barədə geniş məlumat verildi.