Milli Məclisin deputatı Cavanşir Feyziyev 30 sentyabr 2025-ci il tarixdə 100 yaşını qeyd edən Şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin kollektivi ilə görüşüb və onları yeni dərs ilinin başlanması,o cümlədən yubiley münasibətilə təbrik edərək məktəbə hədiyyəsini təqdim edib.
“Tehsil365” xəbər verir ki, təhsil müəssisəsindəki şəraitlə tanış olan millət vəkili məktəbin tarixini əks etdirən sərgi ilə tanış olub. Sonda kollektivlə birlikdə xatirə şəkli çəkdirib.