Süni intellekt tədqiqat sahəsi 1956-cı ildə ABŞ-ın Dartmut kollecinin kompusunda keçirilən seminarda yaradılmışdır. Süni intellekt insanların işini yüngülləşdirmək və onlara kömək etmək üçün yaradılıb. Hal-hazırda müxtəlif sahələrdə istifadə olunur.
Yeni kəşf sayılan süni intellekt həyatımızın bir çox sahələrinə faydalı yöndən təsir etməyə başlayıb. Ən çətin suallarımıza belə cavab tapan süni intellektin nə kimi mənfi tərəfləri var?
Mövzu ilə bağlı “Tehsil365”ə açıqlama verən media eksperti Azər Həsrət bildirir ki, süni intellektə etibar etmək insan beyninin passivləşməsinə gətirib çıxarır.
“İllər öncəsinə gedib bir müqayisə aparsaq, görərik ki, hesablama maşınlarının olmadığı bir dövrdə ən çətin riyazi hesablamaları öz beynimizi gücünə edirdik və bu bizə asan gəlirdi. Ancaq bu gün yeni nəsil öz telefonlarında, kompüterlərində olan və yaxud digər kalkulyatorlardan istifadə edərək hesablamaları rahatca yerinə yetirirlər və beyin işlətməyə gərək duymurlar. Bu isə beynin passivləşməsinə gətirib çıxarır.”
Nəticə isə bundan ibarətdir ki, biz süni intellektdən yeri gələndə çox faydalı məlumatlar ala bilərik, ancaq bu onun səhvlərinin üstünü örtə bilməz. Məsələn: Biz süni intellektə bir media eksperti haqqında sual verdikdə, həmin ekspert barədə məlumat almaq istədikdə onun məşhur müğənni və ya şair olduğu haqqında yalan məlumat verirsə, biz süni intellektə güvənə bilmərik.
Hal-hazırda da yeni nəsli uçuruma aparan mövzulardan biri gəncin özünün axtarıb, araşdırma etmədən, yeni biliklərə yiyələnməyə can atmadan birbaşa süni intellektə bel bağlamasıdır.