Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Logistika operatoru” ixtisasını uğurla başa vuran tələbələrə beynəlxalq CILT sertifikatları təqdim edilib.
Peşə təhsil üzrə Dövlət agentliyindən “Tehsil365”ə məlumat verilib ki, tədbir çərçivəsində məzunlara əmək bazarında rəqabət imkanlarını artıran beynəlxalq sertifikatların əhəmiyyəti vurğulanıb.